Pentaqondan sızdırılan sənədlərdə Ukraynada döyüşən Qərb xüsusi təyinatlılarının sayı açıqlanıb

Pentaqondan sızdırılan məxfi sənədlər NATO üzvü olan bir sıra Qərb ölkələrinin Ukraynada xüsusi təyinatlı qüvvələrinin fəaliyyət göstərdiyini ifşa edib.

 

Azinformasiya.az BBC-yə istinadən xəbər verir ki, 23 mart tarixli “son dərəcə məxfi” möhürlü sənədlərə əsasən, Birləşmiş Krallıq Ukraynada ən böyük xarici hərbi kontingentə malik ölkədir.

Sənədlərə əsasən, hazırda Ukraynada 50 nəfər Birləşmiş Krallıq xüsusi təyinatlısı var.

Sənədlər, həmçinin Ukraynada Latviyanın 12, Fransanın 15, ABŞ-ın 14 və Niderlandın 1 xüsusi təyinatlısının olduğunu göstərir.

Bundan başqa, məxfi sənədlərdə sözügedən xüsusi təyinatlıların harada və necə fəaliyyət göstərməsi ilə bağlı məlumat qeyd edilməyib.

BBC-nin məlumatında bildirilib ki, Qərb xüsusi təyinatlılarının sayı az olsa da, onlar olduqca effektivdirlər. Həmçinin qeyd olunub ki, son aylarda Moskvanın yalnız Ukraynaya qarşı deyil, həm də NATO-ya qarşı mübarizə apardığını bildirməsi onun Qərb qüvvələrinin mövcudluğunu anlaması ilə əlaqəli ola bilər.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Pentaqondan sənədlərin sızdırılması ilə bağlı cinayət təhqiqatına başlandığını və onun mənbəyini tapmaqda qətiyyətli olduğunu bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir