Pentaqon rəhbəri: ABŞ Ukraynanın 2014-cü il sərhədlərini bərpa etməsini qeyri-real hesab edir

ABŞ Ukraynanın 2014-cü il sərhədlərini bərpa etməsini qeyri-real hesab edir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset bildirib.

“Biz suveren və firavan Ukrayna istəyirik. Ancaq Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmağın qeyri-real məqsəd olduğunu etiraf etməyə başlamalıyıq. Bu illüziyalı məqsədin arxasınca getmək yalnız müharibəni uzadacaq”, – o vurğulayıb.

Pentaqon rəhbəri qeyd edib ki, Donald Tramp administrasiyası ABŞ qoşunlarını Ukraynaya göndərməyəcək: “Hər hansı bir təhlükəsizlik zəmanətinin bir hissəsi olaraq, Ukraynaya ABŞ qoşunları yerləşdirilməyəcək”.

Onun sözlərinə əsasən, ABŞ, eyni zamanda Ukraynanın NATO-ya daxil olmasını real nəticə hesab etmir: “ABŞ Ukraynanın NATO-ya üzv olmasını Rusiya ilə münaqişənin diplomatik yolla həllinin real nəticəsi hesab etmir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir