Patruşev Ukraynanın əks-hücum zamanı verdiyi itkiləri açıqlayıb

İyunun 4-dən 21-dək Ukrayna Silahlı Qüvvələrinin 13 mindən çox şəxsi heyəti məhv edilib.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev TŞ-nin daimi üzvlərinin müşavirəsində prezident Vladimir Putinə məruzəsində bildirib.

“Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin 246 tankı, habelə 13 qərb istehsalı tankı, 443 zirehli texnika və 59 ədəd qərb ölkələri istehsalı piyada döyüş maşını, 42 zenit raket kompleksi sistemi, 10 qırıcı təyyarə və 4 helikopter məhv edilib.

Bunlar Rusiya Federasiyasının bütün hüquq-mühafizə orqanlarından, Müdafiə Nazirliyi, Rusiya Qvardiyası, FTX və başqalarından gələn ümumiləşdirilmiş məlumatlardır”, deyə Patruşev vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir