Ermənistanın Baş naziri Nikol Paşinyanla İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər regional məsələləri, Ermənistanla İran arasında münasibətlərin daha da inkişaf etdirilməsi və gündəlikdəki məsələləri müzakirə ediblər.
Danışıq zamanı qarşılıqlı səfərlərin və yüksək səviyyəli əlaqələrin vacibliyi vurğulanıb.
Azinformasiya.az