Paşinyanın müavini Maqdalena Qrono ilə Vaşinqton razılaşmalarını müzakirə edib

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.

Görüş zamanı avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmalar müzakirə olunub, eyni zamanda Ermənistan-Aİ əməkdaşlığının gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir