İrəvan Baş nazir Nikol Paşinyanın son açıqlamaları fonunda İran tərəfi ilə kommunikasiyaların blokdan çıxarılması mövzusunu fəal şəkildə müzakirə etməyə davam edir.
Azinformasiya.az Ermənistan mediasına istinadən xəbər verir ki, iki ölkənin Təhlükəsizlik şuralarının katiblərinin dünənki telefon danışığından sonra Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və İran səfiri Mehdi Sübhani bugünkü görüşdə regionda kommunikasiyaların açılmasını müzakirə ediblər.
Qeyd edək ki, ötən gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iranlı həmkarı Əli Əkbər Əhmədianla telefon danışığı aparıb. Əli Əkbər Əhmədian regionda kommunikasiyaların açılması ilə bağlı Ermənistanın mövqeyini bir daha dəstəkləyib.
Xatırladaq ki, Nikol Paşinyan mətbuat konfransında ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsini istisna etməyib.
Azinformasiya.az