Paşinyanın mətbuat katibi: Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanmasına yaxındır

Ermənistan və Azərbaycan həqiqətən sülh müqaviləsinin imzalanmasına yaxındır.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Onun sözlərinə əsasən, Minsk qrupunun ləğvi və ilkin imzalanma məsələsi fəal müzakirə olunur, lakin bütün detallar hələ razılaşdırılma mərhələsindədir.

Həmçinin mətbuat katibi qeyd edib ki, Ermənistan regionda nəqliyyat əlaqələrinin tam açılmasında maraqlıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir