“Ermənistan regionda dayanıqlı və uzunmüddətli sülhün bərqərar olmasına imkan verəcək konstruktiv dialoqa hazırdır”.
Azinformasiya.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxışı zamanı deyib. O regional kommunikasiya yollarının açılmasını vacib hesab edib:
“Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri tərəfindən 9 Noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın 9 -cu bəndində göstərilən regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm. Bu vacib vəzifənin həllinin nəticəsi region ölkələrinin nəqliyyat arteriyaları ilə bir -birinə bağlanması olacaq. Dinc inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün bir fürsət yaradılacaq. Türkiyəni Ermənistanla birləşdirən dəmir yolu da açılsa, regional kommunikasiyaların açılması mövzusu daha geniş miqyas alacaq”.
Paşinyan bildirib ki, Ermənistan beynəlxalq müşahidəçilərin iştirakı ilə Azərbaycanla sərhəddə mübahisəli ərazilərin delimitasiya və demarkasiya prosesinin aparılmasını təklif edir.