Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı “Mənim şərəfim var” fraksiyasından Anna Mkrtçyanın onun Azərbaycan rəhbərliyi ilə operativ əlaqədə olması iddiasına cavab verib.
Azinformasiya.Az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan ittihamı rədd edərək bu əlaqənin “Mənim şərəfim var” fraksiyasının rəhbəri Artur Vanesyan tərəfindən yaradıldığını bildirib:
“Bu operativ ünsiyyəti fraksiyanızın rəhbəri təmin edib, fraksiyanızın otağına gedin, onu dindirin və kiminlə nə haqqında danışıqlar apardığını etiraf etsin. Xəyanətə razı olubsa, bu barədə mənə bildirməyib. Əgər bunu sizə xəbər veribsə, deməli bu, onun şəxsi təşəbbüsüdür. İnanıram ki, milli təhlükəsizlik orqanlarımız fraksiyanızın rəhbərinə və sizin qayğınıza qalmalı, hansı xəyanətkar müqavilələrdən danışdığınızı başa düşməlidir. Bir daha təkrar edirəm ki, bu “xəyanətkar gizli əlaqə” sizin fraksiyanızın rəhbəri tərəfindən təmin edilib, gedin və soruşun ki, söhbət hansı 5 milyarddan gedir və bu 5 milyardın başına nə gəldi. Niyə bizim hüquq-mühafizə orqanlarımız bu 5 milyardla məşğul olmur, ola bilər, məndən gizli müqavilələri olub”