Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlamaqda günahlandırılan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan məhkəmə zalından azadlığa buraxılıb.
Azinformasiya.Az xəbər verir ki, azadlığa çıxan Vanetsyan etmədiyi cinayətlərdə ittiham edildiyini bildirib:
“Məni etmədiyim cinayətlərdə ittiham etdilər. Siyasi proseslərdən uzaqlaşdırmaq istəyirlər”.
Qeyd edək ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan cinayət məcəlləsinin iki maddəsi ilə – baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunurdu.
Vanesyan dünən MTX-nın İstintaq departamentinə çağırılaraq orada həbs edilmişdi.
Artur Vanesyan 2018-2019-cu illərdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olub.