Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat verib.
Məlumata əsasən, Baş nazir Vladimir Putini doğum günü münasibətilə təbrik edib və ona səmimi arzularını çatdırıb.
Paşinyan Ermənistan ilə Rusiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu prosesdə Rusiya Prezidentinin şəxsi töhfəsini yüksək qiymətləndirib.
Azinformasiya.az