Paşinyan: Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyilik

Ermənistan Rusiyanın Ukraynada müharibə aparmasından narahatdır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyanın “CNN.Prima” nəşrinə müsahibəsində söyləyib.

“Siz bizim Rusiyanın müttəfiqi olduğumuzu dediniz. Əlbəttə, bu daha öncə heç vaxt açıq şəkildə deyilməyib, lakin mən düşünürəm ki, bu belə görünür. Biz Ukraynadakı müharibədə Rusiyanın müttəfiqi deyilik. Biz o müharibə ilə, o münaqişə ilə bağlı narahatlıq duyuruq, çünki bu birbaşa olaraq bizim bütün münasibətlərimizə təsir edir”, – Baş nazir bildirib.

Paşinyan, həmçinin qeyd edib ki, hazırki vəziyyətdə heç kim Ermənistanı müttəfiqi olaraq görmür və bu, ölkənin durumunu həssas edir:
“Qərbdə bizim Rusiyanın müttəfiqi olduğumuzu müşahidə edirlər, onlar hətta daha çox şey müşahidə edirlər, Rusiyada isə bizim onların Ukrayna müharibəsində müttəfiqləri olmadığımızı görürlər. Belə çıxır ki, biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik, bu isə bizim müdafiəsiz olduğumuz mənasına gəlir.

Paşinyan qeyd edib ki, Ermənistan dünyanın daha geniş regionlarında və hissələrində olan yükləri çiyninə götürə bilməz, çünki özünün kifayət qədər problemi var: “Təəssüf ki, bizim narahatlıqlarımız özümüzə kifayət edir və bizim Avropa İttifaqı, ABŞ və Rusiya ilə əlaqələrimizdə biz öz gündəliyimizdəki problemlərin həllinə çalışırıq ki, gördüyünüz kimi bu həmişə uğurlu olmur”, – Paşinyan vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir