Paşinyan Türkiyəyə işgüzar səfər edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.

 

Azinformasiya.az xəbər verir ki, Paşinyanı Ermənistan Respublikası Milli Assambleyasının vitse-spikeri, Ermənistan-Türkiyə dialoqu prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında Ermənistan Baş nazirini Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç qarşılayıb.

Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir