Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibəti ilə təbrik edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə dövlət başçısı da öz növbəsində Ermənistan Baş nazirini qarşıdan gələn İsa Məsihin Transfiqurasiyası (İsanın simasının dəyişməsi) bayramı münasibətilə təbrik edib.
Ermənistan və Türkiyə Prezidentləri ikitərəfli münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər, eləcə də diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərinin açılması prosesinə toxunublar.
Azinformasiya.az