Türkiyə ilə diplomatik əlaqələr qura bilməyimiz çox vacibdir və biz bu istiqamətdə çalışırıq.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Məndən tez-tez bu məsələdə nikbin və ya bədbin olduğumu soruşurlar. Deməliyəm ki, mən nə nikbinəm, nə də bədbinəm. Mən praqmatikəm və başa düşürəm ki, problem həll olunana qədər çalışmalıyıq”, – Paşinyan vurğulayıb.
Azinformasiya.az