Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər etməyi planlaşdırır.
Azinformasiya.Az xəbər verir ki, məlumatı TASS yayıb.
Məlumata görə, səfər aprelin 9-da nəzərdə tutulub.
“Biz bu səfərə hazırlıq görürük. Səfərin yüksək səviyyədə və daha əhatəli, məhsuldar keçməsi üçün vacib olanların hamısını etmək lazımdır”, – Paşinyan hökumətin martın 10-da keçirilən iclasından sonra bildirib.
Qeyd edək ki, N.Paşinyan martın 9-da Fransaya işgüzar səfər edib.