Paşinyan Lukaşenko ilə sərhəddəki vəziyyəti müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Azinformasiya.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər söhbət zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Bununla yanaşı, iki ölkə lideri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində aktual olan məsələlər barədə fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir