“Üç ölkə lideir tərəfindən imzalanan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda kommunikasiyaların açılmasını nəzərdə tutur və Ermənistan bu fikri dəstəkləyir”.
Azinformasiya.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib. Onun sözlərinə görə, bu məsələnin həlli sülh və təhlükəsizlik üçün zəmanət yaradır və İrəvan məsələyə bu mövqedən yanaşır.
Paşinyan əlavə edib ki, hazırda gələcəkdə yüklərin daşınması üçün marşrutlar məsələsi müzakirə olunur.