Paşinyan: Ermənistanın yeni Konstitusiyaya ehtiyacı var

Baş nazir Nikol Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.

 

Azinformasiya.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasında deyib.

O qeyd edib ki, dünyada dəyişikliklər baş verir və bu, istər-istəməz Cənubi Qafqaz regionuna, həmçinin Ermənistana təsir edəcək.

“Ermənistan Respublikasının konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyac var. Bu dəyişikliyə başqa cür yanaşmaq olar. Lakin təkamülə necə yanaşmağımızdan asılı olmayaraq, bu baş verir. Ona görə də bizim mövqeyimiz və yanaşmamız bu təkamülü dayandırmaq olmamalıdır. Bu, özlüyündə məntiqsizdir, çünki təkamülü dayandırmaqla biz deqradasiyaya çatacağıq, ancaq məsələ onu Ermənistanın dövlət maraqlarına uyğun idarə etməkdir”, – Paşinyan bildirib.

Onun fikrincə, Ermənistanda ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya olmalıdır ki, bu da ölkəni yeni geosiyasi və regional şəraitdə daha rəqabətli və həyat qabiliyyətli edəcək. Bundan başqa, Paşinyan hələ də əmindir ki, parlament idarəetmə sistemi Ermənistan üçün ən əlverişlidir.

Ermənistan hökumət rəhbəri 2020-ci il müharibəsindən sonrakı dövrdə buna əmin olduğunu bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir