Paşinyan Ermənistanın bütün qonşuları ilə normal münasibət qurmaq istədiyini deyib

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsi və region üçün sülh formulunu açıqlayıb.

 

Azinformasiya.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunun üçün rəsmi İrəvanın qonşu dövlətlərə ərazi iddiasının olmadığını açıqlamasından sonra baş tuta bilər.

O, Ermənistanın bütün qonşuları ilə normal münasibət qurmaq istədiyini söyləyib.

“Əgər Gürcüstan və İranla münasibətlərdə mövzu əməkdaşlığın dərinləşdirilməsidirsə, Türkiyə və Azərbaycanla münasibətlərdə söhbət təmasların normallaşmasından gedir”, – Paşinyan bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir