Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər imzalana bilər

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər imzalana bilər.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Paşinyan bugünkü mətbuat konfansında bildirib.

Baş nazirin sözlərinə əsasən, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.

Paşinyan qeyd edib ki, Ermənistan məlum prinsiplər çərçivəsində noyabr ayına qədər Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.

Ermənistan Baş naziri, eyni zamanda iki ölkə XİN rəhbərinin mayın 10-da Almatıda keçiriləcək görüşünün yekunlarına dair irəliləyişə ümid edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir