Paşinyan: Ermənistan nümayəndə heyəti Vaşinqton görüşünə tezliklə sülh müqaviləsini imzalamaq niyyəti ilə gedəcək

Ermənistan Baş naziri Nikol Paşinyan gələn həftə Vaşinqtonda baş tutacaq Azərbaycanla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin başlıca məqsədini açıqlayıb.

 

Azinformasiya.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan hökumətin iclasında Ermənistan nümayəndə heyətinin bu görüşə münasibətləri normallaşdırmaq niyyəti ilə gedəcəyini qeyd edib.

“Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq və tezliklə sülh müqaviləsini imzalamaq niyyəti ilə gedəcək”, – Ermənistan Baş naziri diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir