Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır.
Azinformasiya.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
O vurğulayıb ki, “İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına tərəflər arasında etimadın olmaması mane olur, məhz bu faktor dialoqu ləngidir və tərəfləri sülh sazişi layihəsinin müddəalarını dəfələrlə müzakirə etməyə məcbur edir”.
Baş nazir qeyd edib ki, Ermənistan hakimiyyəti prosesi və diplomatik fəaliyyəti gücləndirmək arzusundadır.
Paşinyan, həmçinin qeyd edib ki, sülh sazişi layihəsinin əsas prinsipləri tərəflər arasında razılaşdırılıb.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Baş nazirinin sözlərinə görə, İrəvanla Bakı arasında sülh sazişi layihəsinin razılaşdırılan əsas müddəaları arasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, Alma-Ata Bəyannaməsi əsasında delimitasiya prosesinin həyata keçirilməsi, regional kommunikasiyaların, onların keçdiyi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində, habelə bərabərlik və qarşılıqlı prinsipləri əsasında açılması yer alıb.
Azinformasiya.az