Paşinyan: Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır

Ermənistan razılaşdırılmış çərçivədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır.

 

Azinformasiya.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Siyasi iradəmizi vurğulamaq və bir daha təsdiqləmək istəyirəm: razılaşdırılmış çərçivə daxilində biz hazırıq, istəkliyik və mütləq bu istiqamətdə, eləcə də dəfələrlə danışdığımız prinsiplərə uyğun olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi istiqamətində irəliləyəcəyik. Bizim əhval-ruhiyyəmiz belədir ki, burada da münaqişənin məntiqindən kənara çıxmalı və normal, dinc atmosferə və düşüncə tərzinə keçməliyik”, – Paşinyan vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir