Ermənistanda və Azərbaycanda delimitasiya komissiyalarının reqlamenti ratifikasiya olunub. Bu isə o deməkdir ki, delimitasiya prosesi davam etdirilməlidir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.
“Düşünürəm ki, delimitasiya komissiyaları sərhədin hansı hissəsində delimitasiyanı davam etdirməyə hazır olduğumuzu müzakirə etmək üçün tezliklə bir araya gələcək. Biz burda konkret, konstruktiv işə köklənmişik”, – Paşinyan vurğulayıb.
Azinformasiya.az