Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagendə Danimarkanın baş naziri Mette Frederiksenlə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Paşinyan “X” hesabında yazıb.
O bildirib ki, görüşdə tərəflər çoxtərəfli əməkdaşlığa dair bir sıra məsələləri müzakirə ediblər.
Danimarkanın Baş naziri ölkəsinin Ermənistanla əməkdaşlığın inkişafı və daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Azinformasiya.az