Böyük ehtimalla Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək.
Azinformasiya.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Davosda Dünya İqtisadi Forumu çərçivəsindəki paneldə deyib.
“Əslində bununla bağlı təşəbbüs ictimaiyyətin özündən gəlib, hökumət isə bu qanunvericilik aktını təsdiqləyib. Parlamentin onu qəbul etməsi ehtimalı böyükdür”, – Baş nazir vurğulayıb.
Azinformasiya.az