Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun müavini Devid Koeni qəbul edib.
Azinformasiya.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan özünün “Telegram” kanalında bildirib.
Görüşdə ABŞ MKİ ilə Ermənistanın müvafiq strukturları arasında əməkdaşlıq müzakirə olunub. Həmçinin Ermənistan-ABŞ həm ikitərəfli, həm də beynəlxalq gündəliyə aid məsələləri müzakirə edilib.
Azinformasiya.az