Ermənistan regionda “sürünən” müharibəni bitirmək istəyir.
Azinformasiya.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu parlamentdəki çıxışı zamanı vitse-spiker, hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Akop Arşakyan Azərbaycanla danışıqları şərh edərkən söyləyib.
Onun sözlərinə əsasən, İrəvan vəziyyətin stabilləşməsinə və Qarabağ erməniləri üçün real təhlükəsizlik təminatları əldə etməyə çalışır.
“Ermənistanın Qarabağ məsələsi kontekstində yanaşması ondan ibarətdir ki, sülh müqaviləsi özündə Xankəndi və Bakı arasında beynəlxalq müşahidəçilərin iştirakı ilə dialoq mexanizmlərini birləşdirməlidir.
Söhbət Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən birtərəfli qaydada tanınmasından getmir, bu proses qarşılıqlı xarakter daşıyır”, – Arşakyan bildirib.
Azinformasiya.az