Fransa polisi Parisdə ABŞ bankı olan “Bank of America”-nın filial binası yaxınlığında partlayıcı qurğunun yerləşdirilməsi cəhdinin qarşısını alıb.
Azinformasiya.az xəbər veriri ki, bu barədə Fransa Prokurorluğu məlumat yayıb.
Terrora cəhd edən şəxs martın 28-nə keçən gecə hadisə yerində cinayət başında saxlanılıb.
İstintaq məlumatına əsasən, şübhəlinin üzərindən aşkar edilən kustar üsulla hazırlanmış partlayıcı qurğu yanacaqla doldurulmuş beş litrlik kanistrdən və detonator rolunu oynayacaq pirotexniki vasitədən ibarət olub. Kişi qurğunu alışdırmağa cəhd edərkən polislər tərəfindən saxlanılıb,
Bu cinayət əməlində iştirak edənlər iki nəfər olub. Digər şəxs baş verənləri videoya çəkməli imiş, hadisə yerindən qaçıb.
Saxlanılan şəxs bildirib ki, “Snapchat” platforması vasitəsilə bu cinayət əməlinə cəlb olunub və tapşırığın yerinə yetirilməsi müqabilində ona 600 avro vəd edilib.
İstintaq “Bank of America” yaxınlığındakı hadisəni Tehranın təhdidləri ilə əlaqələndirir
Fransanın daxili işlər naziri Laurent Nunez “Bank of America” binası yaxınlığında partlayış törətmək cəhdini terror aktı kimi qiymətləndirib.
Azinformasiya.az