Papuaşvili: Fransızların 61%-i Makronun istefasını dəstəkləyir, yeni seçkilər böhrandan çıxış yolu ola bilər

Fransızların 61 faizinin Prezident Makronun istefasını dəstəklədiyini nəzərə alsaq, yeni seçkilər siyasi böhrandan yaxşı çıxış yolu ola bilər.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransanın Gürcüstandakı səfiri Şiraz Qəsrinin “X” platformasındakı paylaşımına cavabında qeyd edib.

“Mən Fransanın daxili siyasətinə müdaxilə etmək niyyətində deyiləm, lakin fransızların 61 faizinin Prezident Makronun istefasını və 50 faizinin Milli Assambleyanın özünü buraxmasını dəstəkləməsini nəzərə alsaq, yeni seçkilər siyasi böhrandan yaxşı çıxış yolu ola bilər”, – Papuaşvili bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir