Koronavirusun yoluxma sürətini proqnozlaşdırmaq demək olar ki, mümkün deyil, ancaq yaya qədər pandemiyanın sakitləşəcəyini gözləməyin.
Azinformasiya.Az “kp.ru”ya istinadən xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin Belozersk İnstitutunun Virusologiya kafedrasının professoru Aleksey Aqranovski danışıb.
“Yayda vəziyyət daha yaxşı olacaq. Lakin neçə dalğaların və durğunluğun olacağını proqnozlaşdırmaq çətindir”, – deyə Aqranovski müsahibəsində bildirib.
Virusoloq bildirib ki, koronavirus yoluxmalarının şiddəti peyvəndin istifadəsindən, insanların davranışından və epidemiya əleyhinə standartlardan asılıdır.