Pakistandakı terror aktı zamanı həyatını itirənlərin sayı 44 nəfərə çatıb

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində həyatını itirənlərin sayı 44 nəfərə çatıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Associated Press“ xəbər agentliyi məlumat yayıb.

Məlumatda, həmçinin qeyd olunub ki, sözügedən hadisə nəticəsində 200 nəfərə yaxın şəxs yaralanıb.

Qeyd edək ki, ötən gün Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində yerli vaxtla saat 16:00 radələrində kamikadzenin özünü partlatması nəticəsində terror hadisəsi baş verib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir