Pakistanda təhlükəsizlik qüvvələrinə hücum olub, 4 nəfər ölüb, 17 nəfər yaralanıb

Pakistanın şimal-qərb bölgəsində yerləşən Hanqu qəsəbəsində silahlı şəxslər təhlükəsizlik qüvvələrinə hücum edib.

 

Azinformasiya.az  Pakistan mətbuatına istinadən xəbər verir ki, nəticədə Pakistan təhlükəsizlik qüvvələrinin 3 zabiti həlak olub, 17-si isə xəsarət alıb.

Hücum edən şəxslərdən isə bir nəfər zərərsizləşdirilib.

Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir