Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində azı 35 nəfər həlak olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Geo News telekanalı fövqəladə hallar xidmətləri və yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata əsasən, 200-dən artıq insan müxtəlif dərəcəli xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Partlayışın yerli vaxtla saat 16:00 radələrində baş verdiyi, hadisənin partiya liderlərindən birinin təxminən 400 nəfərin olduğu bir qrup tərəfdarı qarşısında çıxış edərkən olduğu bildirilib.
Geo News qeyd edir ki, Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və məsuliyyət daşıyanların aşkarlanması ilə bağlı göstəriş verib.
Azinformasiya.az