Pakistanda Rusiyalı pilotları daşıyan helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var

Pakistanda göyərtəsində 14 nəfər rusiyalı pilotun olduğu helikopter qəzaya uğrayıb.

 

Azinformasiya.az  “Reuters“ agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

Sözü gedən helikopteri yerli neft şirkətlərindən biri neft yataqlarının kəşfiyyatı məqsədilə icarəyə götürüb.

Bildirilib ki, pilot uçuş zamanı nasazlığın olduğunu qeydə alan kimi onu endirməyə çalışsa da, bir hissəsi yerlə toqquşub və nəticədə helikopter çevrilib.

İstismarçı şirkətin verdiyi açıqlamaya əsasən, ilkin ehtimal qəzaya mühərrikdə yaranan nasazlığın səbəb olmasıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir