Pakistanın paytaxtı İslamabadda musson yağışlarla bağlı baş verən hadisələr nəticəsində 13 nəfər ölüb, 11 nəfər yaralanıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə yerli “Geo News” TV məlumat yayıb.
İslamabadın Golra Mor rayonunda yağışlar nəticəsində tikilməkdə olan körpünün divarının uçduğu bildirilib. Körpünün tikintisi ilə məşğul olan fəhlələrdən 12-si bu divarın altında qalaraq ölüb. Paytaxtın Məhəmmədi Toun məhəlləsində uçan divarın altında qalan uşaq həyatını itirib.
Azinformasiya.az