Pakistanın şimal-qərbində partlayış olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Partlayış məsciddə cümə namazı vaxtı baş verib.
Cənubi Vəziristan əyalətinin polis rəisi Asif Bahadar bildirib ki, “Camiat Ulema Islam-Fazl” siyasi partiyasının yerli lideri Abdullah Nadeem partlayışın hədəfi olub və o, ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar arasında iki uşağın da olduğu bildirilib.
Azinformasiya.az