Pakistanda güclü zəlzələ baş verib

Pakistanda 5 bal gücündə zəlzələ baş verib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin təxminən 700 min nəfər əhalisi olan Battaqram şəhərindən 25 km şimal-qərbdə, yerin 43 kilometr dərinliyində yerləşdiyi bildirilib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir