Pakistanın şərqində daşqınlarla mübarizə zamanı xilasedici qayıq aşıb, 9 nəfər ölüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Qeyd edilib ki, hadisə şərqi Pəncab əyalətində, Multan şəhəri yaxınlığındakı bir kənddə baş verib.
Pəncab Fövqəladə Halların İdarə Olunması üzrə qurumun yaydığı açıqlamada qeyd olunur ki, qayığın içində daşqınlardan təxliyə edilmiş 24 nəfər olub. Qayıq çevriləndən sonra onlardan 15 nəfəri xilas etmək mümkün olub.
Qeyd edək ki, Pakistanda daşqınlara görə iki milyondan çox insan təxliyə edilib.
Beynəlxalq Tibb Korpusu verdiyi son açıqlamada qeyd edib ki, iyunun sonundan bəri musson yağışları ölkə üzrə 900-dən çox insanın ölümünə səbəb olub.
Azinformasiya.az