Pakistan Milli Bankının Bakı filialına ilk dəfə azərbaycanlı rəhbərlik edəcək

Pakistan Milli Bankının Bakı filialının baş meneceri, Pakistan vətəndaşı Zər Vəli Xan vəzifəsindən azad edilib.

Azinformasiya.Az xəbər verir ki filiala rəhbərlik onun maliyyə işləri üzrə müavini Sahib Quliyevə həvalə olunub.

O, Pakistan bankının ilk azərbaycanlı baş meneceridir.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir