Rusiyanın “Aeroflot” şirkətinə məxsus olan və Fərqanə şəhərindən Moskvaya istiqamətlənən təyyarə Daşkənd havalimanına təcili eniş edib.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Uzbekistan Airports” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
Nəticədə 1954-cü il təvəllüdlü qadın insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Azinformasiya.az