Özbəkistanda səs verənlərin 90 faizdən çoxu konstitusiyaya dəyişiklikləri dəstəkləyib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Özbəkistanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev bildirib.
İlkin məlumatlara əsasən, konstitusiya referendumunda iştirak edənlərin 90 faizdən çox hissəsi ölkənin əsas qanununa dəyişiklikləri dəstəkləyib.
Qeyd edək ki, Özbəkistanda konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum Prezident Şavkat Mirziyoyevin təklifi ilə keçirilib. Əsas əlavələrdən biri ölkə prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə uzadılması ilə bağlıdır. Yəni, Mirziyoyevin səlahiyyətləri sıfırlanacaq və o, 2026-cı ildə o, üçüncü dəfə namizədliyini irəli sürə biləcək.
Bundan başqa, dəyişikliklərə görə, Özbəkistan sosial dövlət elan olunacaq.
Azinformasiya.az