Özbəkistanda məsciddə partlayış olub, 3 nəfər ölüb

Özbəkistanın şərqindəki Əndican vilayətində məsciddə qaz-hava partlaması nəticəsində, 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Partlayış nəticəsində 3 vətəndaş həlak olub, 10 vətəndaş yaralanaraq tibb müəssisələrinə aparılıb”, – nazirliyin Teleqram kanalında yayılan məlumatda qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir