Özbəkistan Senatının sədri: Şavkat Mirziyoyev Füzulidə məktəb binasının açılışını edəcək

Mənim üçün bu gün böyük dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək böyük şərəfdir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Milli Məclisin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş xüsusi iclasından öncə jurnalistlərə açıqlamasında söyləyib.

O, Özbəkistanda da Heydər Əliyevin xatirəsinin yad edildiyini bildirib.

“Heydər Əliyev yalnlız müasir Azərbaycanın yaradılması üçün bünövrə qoyan siyasi xadim deyil, o, eyni zamanda öz xalqının sevimlisidir. Həmçinin Özbəkistan xalqının böyük dostudur. Özbəkistanda Heydər Əliyevi tanıyırlar, xatırlayırlar və yad edirlər. Özbəkistanda da Heydər Əliyevin xatirəsinə həsr olunmuş kompleks tədbirlər həyata keçirilir. Onun xatirəsinə ölkəmizdə küçələr adlandırılıb, barelyeflər quraşdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı həmin xatirə abidələrinin, küçələrin açılışı həyata keçirildi. Onun həyat yolundan bəhs edən xüsusi proqramlar hazırlanıb, mədəni tədbirlər, konfranslar keçirilir. Bu tədbirlərdə ən çox aktivliyi gənc nəslin nümayəndələrinin göstərməsi çox sevindirici haldır. Onlar Heydər Əliyevin həyat yolunu öyrənməyə böyük həvəs göstərirlər”, – spiker diqqətə çatdırıb.

Tənzilə Narbayeva hazırda Azərbaycanın Heydər Əliyev yolu ilə getməyə davam etdiyini vurğulayıb: “Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi üçün böyük işlər görülür. Heydər Əliyevin memarı olduğu işləri hazırda İlham Əliyev uğurla davam etdirir, Azərbaycan xalqına məxsus dəyərlərin qorunub saxlanılması üçün addımlar atılır.

Ən əsası bu yaxınlarda əldə etdiyiniz uğurlara çox sevinirik. Azərbaycan xalqı tarixi torpaqlarını geri qaytarıb və bu gün Qarabağda böyük işlər görülür. Özbəkistan da bu işlərə öz kiçik töhfəsini vermək üçün kiçik addımlar atır, Füzulidə ümumtəhsil məktəbinin tikintisini aparır və Özbəkistan Prezidentinin Azərbaycana səfəri zamanı məktəbin açılışı olacaq. Biz Azərbaycanda ölkə Prezidentinin rəhbərliyi altında baş verən bütün müsbət dəyişikliklərə çox sevinirik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir