Özbəkistan Prezidenti sabah Azərbaycana səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 22-23 avqust tarixlərində Azərbaycana səfər edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan liderinin ölkəmizə dövlət səfəri proqramının iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.

Eyni zamanda danışıqların yekununda bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir