Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri gözlənilir.
Azinformasiya.az xəbər verir ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Azərbaycan – Özbəkistan: Əməkdaşlığın yeni üfüqləri” adlı dəyirmi masada Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini, sabiq səfir Şerzod Feyziyev bildirib.
Özbəkistan dövlət başçısının səfəri avqustda baş tutacaq.
O vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında hər bir sahədə sıx əməkdaşlıq getdikcə güclənir, sürətlənir.
Azinformasiya.az