Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olacaq.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə əsasən, iki stulda oturmaq mümkün olmayacaq.
Overçuk vurğulayıb ki, İrəvan Avropaya doğru irəliləyirsə, o zaman Rusiya ilə bütün iqtisadi münasibətlər kompleksinə yenidən baxmaq lazımdır.
Qeyd edək ki, Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olmaq niyyəti ilə bağlı qanunu yekun oxunuşda qəbul edib.
Azinformasiya.az