Ötən gecə İsrail ordusunun kapitanı öldürülüb

Ötən gecə Qəzzada İsrail ordusunun zabiti öldürülüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlarda Hava-desant qüvvələri bölməsinin komandir müavini, kapitan Şlomo Ben Nun HAMAS döyüşçüləri tərəfindən öldürülüb.

Bundan başqa, qeyd olunub ki, Qəzza zolağının şimalında gedən döyüşlərdə 2 hərbçi yaralanıb, onlar xəstəxanada müalicə almaq üçün ərazidən təxliyə edilib və ailələrinə məlumat verilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir