Ordubadda yol qəzası olub, 3-ü bir ailənin üzvü olmaqla, 4 nəfər xəsarət alıb

Ordubadda ağır yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Düylün kəndi yaxınlığında baş verib.

1957-ci il təvəllüdlü Bağırov Mehdi Ramazan oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobil yoldan çıxaraq Düylün çayına aşıb. Hadisə nəticəsində avtomobildə olan bir ailənin 3 üzvü – 1965-ci il təvəllüdlü Salmanov Cəlil Salman oğlu, 1966-cı il təvəllüdlü Salmanova Mailə Alı qızı və 1992-ci il təvəllüdlü Salmanov Toğrul Cəlil oğlu xəsarət alıb.

Xəsarət alanların 4-ü də Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağır olduğu qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir